Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
03.08.2017 - Bakı şəhər sakinləri Gülafət Zəkəryəyeva və Neman Kərimov DİN-ə...
Bakı şəhər sakinləri Gülafət Zəkəryəyeva və Neman Kərimov DİN-ə ünvanladıqları məktublarında cinayət işinin ibtidai istintaqı zamanı göstərdiyi yüksək peşəkarlığa, obyektivliyə, insanpərvərliyə və operativliyə görə Nəsimi RPİ İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Ceyhun Rəhimova minnətdarlıqlarını bildirirlər.
03.08.2017 - Bakı şəhər sakini Balaşah Həşimov göndərdiyi teleqramda bildirir ki, DİN...
Bakı şəhər sakini Balaşah Həşimov göndərdiyi teleqramda bildirir ki, DİN rəhbərliyinə etdiyi müraciətdən sonra şikayətinə müvafiq qaydada baxılıb və ona dəymiş maddi ziyan ödətdirilib. Vətəndaş buna görə polisə təşəkkür edir.
03.08.2017 - Ağdam rayon sakini Şirin Məmmədova göndərdiyi məktubunda yazır ki, DİN...
Ağdam rayon sakini Şirin Məmmədova göndərdiyi məktubunda yazır ki, DİN rəhbərliyinə etdiyi müraciətdən sonra şikayətinə Nərimanov RPİ-də baxılıb və ona dəymiş maddi ziyan ödətdirilib. Heç bir şikayətinin olmadığını bildirən Ş.Məmmədova polisin fəaliyyətindən məmnun qaldığını qeyd edir.
03.08.2017 - Nəsimi rayon sakini Fərəculla Fərəcov göndərdiyi məktubunda yazır ki,...
Nəsimi rayon sakini Fərəculla Fərəcov göndərdiyi məktubunda yazır ki, müraciəti əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılıb və polis əməkdaşlarının səyi nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsi qısa müddət ərzində təmin edilib. Vətəndaş buna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
03.08.2017 - Bakı şəhər sakini Ramina Əsgərova göndərdiyi məktubda ona göstərdikləri...
Bakı şəhər sakini Ramina Əsgərova göndərdiyi məktubda ona göstərdikləri hərtərəfli dəstəyə görə İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkür edir.
03.08.2017 - Ağdam rayonundan məcburi köçkün olan, hazırda Bakı şəhərində yaşayan Əli...
Ağdam rayonundan məcburi köçkün olan, hazırda Bakı şəhərində yaşayan Əli Hüseynov polisin fəaliyyətini yüksək qiymətləndirir və buna görə DİN rəhbərliyinə dərin minnətdarlığını bildirir.
31.07.2017 - Ağsu rayon Abasxanlı kənd sakini Əflakə Məmmədova yazdığı təşəkkür məktubunda...
Ağsu rayon Abasxanlı kənd sakini Əflakə Məmmədova yazdığı təşəkkür məktubunda RPŞ-nin fəaliyyətindən razılığını ifadə edir, Azərbaycan polisinin daxili təhlükəsizliyin və ictimai asayişin təmin olunmasında göstərdiyi xidmətlərdən qürur hissi keçirdiyini bildirir.
31.07.2017 - Professor Hidayət İsayev DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi...
Professor Hidayət İsayev DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemin həllində köməklik göstərdiyinə, xoş münasibətinə və nümunəvi rəftarına görə Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın 1-ci tağımının komandiri, polis mayoru Ülfət Şükürovun timsalında Azərbaycan Polisinə təşəkkürünü bildirir.
31.07.2017 - Bakı şəhər sakini Bakir Kazımov şikayət ərizəsinə Bakı Şəhər Baş Polis...
Bakı şəhər sakini Bakir Kazımov şikayət ərizəsinə Bakı Şəhər Baş Polis İdarəsinin Rəhbərliyi tərəfindən baxıldığını və məsələnin öz həllini tapdığını minnətdarlıq hissi ilə qeyd edir.