Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Bəhlul Heybətov, Qusar rayon sakini Akim Aslanov və Bakı şəhər sakini Şükür Eyvazov Azərbaycan Polisinin cinayətkarlıqla mübarizəsindən, yollarda təhlükəsizliyin etibarlı təmin edilməsindən razılığını bildirir, polisin fəaliyyətini yüksək qiymətləndirirlər.

Bakı şəhər sakini, 31 nömrəli məktəbin direktoru Kərim Abidi məktəblilərin məktəbə təhlükəsiz şəkildə gəlmələri üçün polis tərəfindən yaradılan şəraitə- yerüstü piyada keçidlərinin çəkilməsinə və zəruri nişanlanma vasitələri qoyulduğuna görə minnətdarlığını bildirir.

Bərdə rayon sakini Rövşən Hacıyev DİN-ə ünvanladığı məktubunda Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının apardıqları obyektiv araşdırma nəticəsində ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Rüfət Bədəlov DİN-ə ünvanladığı məktubunda baş verən avtomobil qəzası zamanı ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir.

Qazax rayon sakini Vahidə Məmmədova DİN-ə ünvanladığı məktubunda onun şikayətinin təmin edilməsinə, vətəndaşın işinə layiqli yanaşmasına və xoş rəftarına görə daxili işlər orqanları əməkdaşlarının fəaliyyətindən razılıq edir.

Mingəçevir şəhər sakini Arif Şəfiyev DİN-ə ünvanladığı minnətdarlıq məktubunda yaxın dostunun intihara cəhdinin qarşısının alınmasında göstərdikləri köməyə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Lerik rayon sakini Famil Mirzəyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin qorunmasında polisin rolunu yüksək dəyərləndirir.

Abşeron rayon sakini Nisə Qasımova iki baş iribuynuzlu mal-qarasının tapılmasında göstərdikləri köməyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Göyçay rayon sakini Vüqar Əliyev şikayətinə tez bir zamanda baxılaraq, düzgün həllini tapmasında göstərdikləri köməyə görə polisin fəaliyyətini müsbət qiymətləndirir.