Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Buzovna qəsəbə sakini Natella Mirzəyeva ona qarşı törədilmiş soyğunçuluq faktının açılmasında və ona dəyən maddi ziyanın ödənilməsində göstərdikləri peşəkarlığa görə Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Kifayət Vəliyeva ölkəmizdəki ictimai sabitliyə və əmin-amanlığa görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Tovuz rayon sakini Məhəmməd Ayvazov DİN-ə ünvanladığı müraciətinə tez və ədalətli baxıldığına görə minnətdarlıq edir.

Göygöl şəhr sakini Məzahir Aslanov və Şəki rayon sakini İsrail Paşayev DİN-ə ünvanladıqları məktubda ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə polisin rolunu yüksək qiymətləndirir, DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Nailə Rüstəmova üzləşdiyi problemin həllində göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin 22-ci PB-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Oqtay Mirzəyevin DİN-ə ünvanladığı təşəkkür məktubunda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından razılığını bildirir.

Göyçay rayon sakini Vüqar Əliyev şikəyətini obyektiv araşdırıb, tez bir zamanda həllini tapmasında göstərdikləri köməkliyə görə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Tükəzban Əliyeva ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakinləri Oskar Hümbətov, Leyla Hümbətova və Səbail rayonunun bir qrup sakini qanunsuz tikililərin söküntüsündə göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə təşəkkürlərini bildirirlər.