Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini, Qarabağ əlili, sahibkar Rahil Məlikov Abşeron RPİ-nin şəxsi heyətinin nümunəvi nizam-intizamından, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə və bacarıqla gəldiklərindən məmnun olduğunu yazır və həmkarlarımıza uğurlar arzulayır.

Bakı şəhər sakini Kamran Musayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür teleqramında ona göstərilən köməkliyə görə Səbail RPİ-nin Şəxsi Heyətlə İş üzrə köməkçisi Emil Cavadova minnətdarlığını bildirir.

Saatlı rayon sakini Yurdçu İsgəndərov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarından razılıq edir və təşəkkürünü bildirir.

Cəlilabad rayon sakini Ə.X.Əsədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayonda baş vermiş cinayətin üstünün isti izlərlə açılması və təqsirləndirilən şəxslərin vaxtında məsuliyyətə cəlb olunmasına görə Cəlilabad RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Cəbrayıl rayon sakini Cəbi Pirişov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda etdiyi müraciətə operativ baxıldığına və təqsirləndirilən şəxsin məsuliyyətə cəlb olunmasına görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Tural Muxtarov DİN-ə ünvanladığı məktubunda ictimai asayişin qorunmasında və cinayətkarlıqla mübarizədə əldə etdiyi uğurlu nəticələrə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Mahir Məmmədov DİN-ə ünvanladığı məktubunda üzləşdiyi problemin həllində ona göstərilən köməyə Baş Dövlət Yol Polisi əməkdaşlarına təşəkkürünü bildirir.

Xırdalan şəhər sakini İlkin Fərəcov DİN-ə ünvanladığı məktubunda avtomobilinin yan güzgülərinin oğurlanması ilə bağlı müraciətinə tez bir zamanda baxılaraq, ona dəyən maddi ziyanın ödənilməsində göstərdikləri köməyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Asya Əsgərova DİN-ə ünvanladığı məktubunda müraciətinə tez bir zamanda baxılaraq, hüquqlarının qorunmasında ona göstərilən köməyə görə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.