Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Ülkər Nağıyeva müraciətinə vaxtında baxıldığına və ona qarşı dələduzluq etmiş şəxsdən pulunun alınmasında göstərdikləri köməyə görə Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Fərid Əhmədov və Laçın rayon sakini Şirvan Məmmədov polisin fəaliyyətini yüksək qiymətləndirir, asayiş keşikçilərinə xidmətdə uğurlar arzulayırlar.

Gəncə şəhər sakini Elnurə Ələkbərova üzləşdiyi problemə operativ yanaşdıqlarına və müvafiq hüquqi qiymətləndirmədən sonra onun haqlı olduğunu üzə çıxardıqlarına, görülən tədbirlər nəticəsində ədalətin bərpa olunduğunu görə Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Astara rayon sakinləri Fuad Əsədullayev və Sənan Liftiyev DİN-ə ünvanladıqları təşəkkür məktubunda RPŞ əməkdaşlarının xidmətindən məmnun qaldıqlarını, rayonda sabitliyin və asayişin etibarlı qorunduğunu xüsusi vurğulayırlar.

Bakı şəhər sakinləri Ə.Hüseynzadə, Rüfət Hüseynov, Elşən Ağamirzəyev və Sumqayıt şəhər Corat qəsəbə sakini Dilqəm Fərzəliyev onlara dəymiş ziyanın ödətrilməsinə görə həmkarlarımıza minnətdarlıq edirlər.

Quba rayon sakini Namiq Əliyev bir müddət öncə itkin düşmüş oğlu Natiqin digər aidiyyatı orqanlarla birgə axtarışında fəallıq göstərərək tapılmasına köməklik edən Quba RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nizaməddin Cabbarov etdiyi müraciətə çevik reaksiya verdiyinə və obyektiv araşdırılmasında göstərdiyi köməkliyə görə Əlahiddə Çevik Polis Alayının rəhbərliyinə təşəkkür edir.

Qusar rayon sakini Kinyaz Zöhrəbəyov sabitliyin keşiyində, asayişin təminində digər hüquq-mühafizə orqanları ilə yanaşı, polisin də fəaliyyətini yüksək qiymətləndirir, Vətənə və dövlətə xidmətdə həmkarlarımızın əsl vətəndaş yanğısı nümayiş etdirdiklərini xüsusi vurğulayır.

Bakı şəhər sakini Natavan Əliyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda yollarda təhlükəsizliyi təmin edən həmkarlarımıza minnətdarlığını ifadə edir.