Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.01.2021 - Biləsuvar rayonunun Xırmandalı kənd sakini Xanım Həsənova DİN rəhbərliyinə...
Biləsuvar rayonunun Xırmandalı kənd sakini Xanım Həsənova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ reksiya verilməsinə, məsələnin obyektiv araşdırılmasına və müsbət həllini tapmasına görə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
06.01.2021 - Cəlilabad rayon sakini Fariz Seyfullayev DİN rəhbərliyinə ünvanladığı...
Cəlilabad rayon sakini Fariz Seyfullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetrdiyinə, o cümlədən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı atılan qətiyyətli addımlara və COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasında sərgilədikləri gərgin əməyə görə Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.
06.01.2021 - Masallı rayonunun Xırmandalı kənd sakini Hüseyn Səfərov öz təşəkkür...
Masallı rayonunun Xırmandalı kənd sakini Hüseyn Səfərov öz təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına və üzləşdiyi çətinliyin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
06.01.2021 - Astara rayonunun Maşxan kənd sakini Qadir Məmmədov DİN rəhbərliyinə...
Astara rayonunun Maşxan kənd sakini Qadir Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında Astara RPŞ-nin əməkdaşlarının xidmətini yüksək qiymətləndirir və razılığını ifadə edir.
06.01.2021 - Astara rayon sakini Əlisahib Abbasov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Astara rayon sakini Əlisahib Abbasov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına və məsələnin müsbət həllini tapmasına görə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarından razılığını ifadə edir.
06.01.2021 - Astara rayonunun Sərək kənd sakini Sənan Lütfiyev DİN rəhbərliyinə...
Astara rayonunun Sərək kənd sakini Sənan Lütfiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasında sərgilədikləri gərgin və fədakar əməyə görə Astara RPŞ-nin əməkdaşlarının xidmətini yüksək qiymətləndirir və razılığını ifadə edir.
06.01.2021 - Şirvan şəhər sakini Təzəxan Vəliyev Daxili İşlər Nazirliyinə ünvanladığı...
Şirvan şəhər sakini Təzəxan Vəliyev Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda oğlunun üzləşdiyi dələduzluq faktı ilə bağlı Qaradağ Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, müraciətlə əlaqədar obyektiv istintaq aparıldığını qeyd edir və bununla bağlı valideyn kimi Qaradağ RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
06.01.2021 - Bakı şəhər sakini olan 90 yaşlı Həsən Qurbanov üzləşdiyi problemlə bağlı...
Bakı şəhər sakini olan 90 yaşlı Həsən Qurbanov üzləşdiyi problemlə bağlı müraciətinə 23-cü Polis Bölməsində operativ baxıldığını, obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll edildiyini qeyd edir. H.Qurbanov bununla bağlı Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda 23-cü PB-nin əməkdaşlarına təşəkkürünü bildirir.
06.01.2021 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi olan Bakı şəhər sakini Pərviz...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi olan Bakı şəhər sakini Pərviz Abdulsalamov səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ baxılaraq müvafiq tədbirlərin görüldüyünə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.