Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gəncə şəhər sakini Mahir Abdullayev etdiyi müraciətə dərhal reaksiya verildiyinə və həssas yanaşılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Gədəbəy rayonunda yaşan bir qrup sakin DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə, ümumtəhsil məktəblərində keçirilən maarifləndirici tədbirlərə və rayon ərazisində yol hərəkəti təlükəsizliyinin təmin edilməsinə görə Gədəbəy RPŞ-nin rəisi, polisi polkovniki Mehman Həşimovdan razılıqlarını bildirir və minnətdarlıqlarını ifadə edirlər.

Sumqayıt şəhərində yaşayan İlham Aslanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müracitinə Abşeron Rayon Polis İdarəsində operativ baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Ayxan Məlikov velosiped oğurluğu ilə bağlı Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, görülmüş operativ tədbirlərə və velosipedin azyaşlı qızına qaytarılmasına görə 22-ci PŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Kürdəmir rayon sakini Ağadadaş Rzayev ünvanladığı təşəkkür məktubunda rayon ərazisində koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin yüksək səviyyədə təşkilində, ictimai asayişin və təhlükəsiziyin təmin edilməsində, cinayətkarlıqla qətiyyətli mübarizədə vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Kürdəmir RPŞ-nin əməkdaşlarına minnətdarlığını yazır.

Ucar rayon sakini Könül Hüseynova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətin həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Ucar RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Ağdam rayon sakini, şəhid atası Etibar Allahverdiyev etdiyi müraciətin müsbət yöndə həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Abşeron rayon sakini Əntiqə Mənsimova mobil telefonunun oğurlanması ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində tapılmasında, eləcə də işlək vəziyyətdə ona qaytarılmasında göstərdikləri köməkliyə görə Sumqayıt RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Şirvan şəhər sakini Gülnarə Həsənova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Bakı ŞBPİ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.