Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Qaradağ rayon sakini Əhməd Əhmədov DİN-ə ünvanladığı təşəkkür teleqramında Qaradağ RPİ-yə etdiyi müraciətə tez bir zamanda baxılmasına və ona dəymiş ziyanın ödənilməsinə görə minnətdarlıq edir.

Bərdə rayon sakini Yaqub Ağayev ünvanladığı minnətdarlıq teleqramında Ağdam RPİ-nin sabiq əməkdaşı, polis polkovnik-leytenantı İlyas Nəcəfovun hüzn mərasiminin yüksək səviyyədə təşkilinə görə RPŞ və DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Qalabəy Ağalarlının DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda evində oğurluq olması ilə əlaqədar Xəzər RPİ-yə etdiyi müraciətə baxılmasına, cinayətkarların tez bir zamanda tapılmasına və ona dəymiş ziyanın ödətdirilməsinə görə təşəkkür edir.

Bakı şəhər sakinləri Mahal Həmzəyevvə Elçin Yusifov DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında müraciətlərinə baxılması və onlara dəyən ziyanın ödənilməsinə görə minnətdarlıqlarını bildirirlər.

Astara şəhər sakini Emilya Babazadə DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda ona göstərilən köməyə görə təşəkkür edir.

Astara şəhər sakini Həsrət Məmmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda RPŞ-nin rəhbərliyinə etdiyi müraciətə vaxtında baxılmasına görə minnətdarlıq edir.

Mingəçevir şəhər sakini Qorxmaz Abbaszadə ölkədə yaradılan sabitliyə və əmin-amanlığa görə DİN rəhbərliyinə və şəxsi heyətə minnətdarlığını bildirir.

Ağstafa rayonunun Dağkəsəmən kənd sakini, əməkdar mühəndis, əmək veteranı, kənd ağsaqqallar şurasının sədri Hacı Nəbiyev DİN-ə ünvanladığı məktubunda ölkədə və rayonda yaradılmış sabitliyi yüksək dəyərləndirir, yollarda hərəkətin təhlükəsizliyi ilə bağlı müvafiq tədbirlər görüldüyünə, bu sahədə lazımi profilaktiki təbliğat xarakterli görüşlər keçirdiklərinə görə RPŞ-nin və DYPB-nin rəhbərliyinin fəaliyyətini yüksək dəyərləndirir.

FHN-nin Dövlət Yanğından Mühafizə xidmətinin daxili xidmət çavuşu Fərhad Muradov xidməti borcunu yerinə yetirərkən aldığı müxtəlif ağır xəsarətlər ucbatından DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirildiyini, burada tibb personalının ona göstərdiyi yüksək diqqət və qayğıdan, aldığı peşəkar müalicədən razılığını bildirir.