Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

DİN-in “instagram” səhifəsinin izləyicisi Röyalə Qasımova (Qasimovaroyale) hesabından yazaraq qonşuluqda yaşayan şəxs tərəfindən narahat edildiyi barədə etdiyi müraciətinə dərhal reaksiya verilməklə məsələnin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

DİN-in “Facebook” səhifəsinin izləyicisi Hüseynağa Mahmudov (Sherig AG) hesabından yazaraq oğlunun üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətə Nəsimi Rayon Polis İdarəsinin 20-ci PB-nın əməkdaşları tərəfindən operativ reaksiya verildiyi və məsələnin müsbət həll olunduğu üçün daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir.

Quba rayon Hacıhüseynli kənd sakini Vəfa Misirxanova üzləşdiyi problemlə bağlı müraciətinə Quba Rayon Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal reaksiya verildiyi üçün daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını bildirir.

Neftçala rayon sakini Əli Nağıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai sabitliyin təminində, cinayətkarlıqla mübarizədə, qayda-qanunlara riayət olunmasında Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir və qürur duyduğunu qerd edir.

Bakı şəhər sakini Elnarə Orucova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq həllini tapmasında ona göstərdikləri köməyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını təqdir edir.

Vətəndaş Sadiq Həbibullayev yolda avtomobilinin nasaz vəziyyətə düşməsi ilə əlaqədar stasionar posta etdiyi müraciətə həssaslıqla yanaşılaraq üzləşdiyi problemin həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və BDYPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bərdə rayon sakini Hikmət İbrahimov ünvanladığı təşəkkür məktubunda qanunun aliliyinin, ictimai asayişin və ictimai təhlükəsiziyin təmin edilməsində, cinayətkarlıqla qətiyyətli mübarizədə vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Bərdə RPŞ-nin əməkdaşlarına minnətdarlığını yazır.

Kəlbəcər rayon sakini Sevdimalı Əsədov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətin həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bərdə RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Çiçək Quliyeva üzləşdiyi dələduzluq hadisəsi ilə bağlı etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.