Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Kəmalə Səlimbəyli üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Sabunçu RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini Heyrat Qarayev ona məxsus avtomobilin qeydiyyat şəhadətnaməsini itirməsi ilə əlaqədar etdiyi müraciət zamanı polis əməkdaşlarının göstərdikləri operativ xidmətə, nəzakətli davranışa, eləcə də hörmətə görə BDYPİ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını yazır.

Füzuli rayonu Horadiz şəhər sakinləri Abbas Almuradov və Namiq Səfərli Daxili İşlər Nazirliyinə ünvanladıqları məktublarında xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara qarşı sərgilənən diqqətə və yüksək mədəni davranışa görə DİN rəhbərliyinə və Füzuli RPŞ-nin əməkdaşlarına təşəkkürlərini bildirirlər.

Bakı şəhər sakini Azər Məmmədov pulunun mənimsənilməsi ilə bağlı etdiyi müraciətə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ reaksiya verilərək məsələnin qısa zaman ərzində həll olunmasına həmçinin dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Zülfiyyə İmanova velosipedinin oğurlanması ilə bağlı etdiyi müraciətə polis əməkdaşlarının qısa zaman ərzində operativlik nümaiş etdirərək velosipedi taparaq geri qaytarılmasını təmin etdiklərinə görə DİO əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Rəşad Quliyev 500 manat pulunun digər bir şəxs tərəfindən ələ keçirilməsi ilə bağlı etdiyi müraciətə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal reaksiya verilərək məsələnin müsbət həll olunmasına həmçinin dəymiş ziyanın ödətdirilməsində köməkliyin göstərilməsinə görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Bakı şəhər sakini Raisa Əliyeva naməlum şəraitdə 17 yaşlı qızının itkin düşməsi ilə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən operativ reaksiya verməsinə və övladının tapılaraq geri qaytarılmasına görə DİO əməkdaşlarına təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Arzu Ulubekov 1800 manat pulunun digər bir şəxs tərəfindən ələ keçirilməsi ilə bağlı etdiyi müraciətdən dərhal sonra polis əməkdaşlarının qısa zaman ərzində araşdırma apraraq dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİO əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Aytac İsmayılova alimenti ödəməkdən boyun qaçıran keçmiş həyat yoldaşının axtarışı ilə bağlı etdiyi müraciətdən sonra polis əməkdaşlarının məsələyə həssaslıqla yanaşmağına və şəxsin saxlanılması istiqamətində görülən çevik tədbirlərə görə DİO əməkdaşlarına minnətdarlığını bildirir.