Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bərdə rayonunun Qaradağlı kəndində yaşayan Kəlbəcər rayon sakini Əlzamin Mamedov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda bildirir ki, cari il fevral ayının 21-də uzun müddətdir müalicə alan xəstə övladı Şirvan şəhərində xəstəxanadan çıxarkən qəfildən halı pisləşib. Bunu görən yol polisi əməkdaşları ona yaxınlaşaraq köməklik göstərib, gedəcəyi ünvana çatdırıblar. Ə.Mamedov belə humanistliyə, diqqətə, qayğıya və göstərdikləri köməkliyə görə Şirvan ŞPŞ DYPB-nın əməkdaşları Samir Mustafayevə və Aqil Quliyevə təşəkkürünü bildirir.

Goranboy rayonunda yaşan bir qrup sakin DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə başda Goranboy rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov olmaqla RPŞ-nin əməkdaşlarından razılığını bildirir.

Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakinləri Xocalı faciəsinin ildönümü ərəfəsində şəhid polis ailələrinə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Xocalı RPŞ-in əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Quba rayon sakini Quşkari Şamxal Sudeif üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Quba RPŞ-in əməkdaşlarına minnətdarlığını bildirir.

Ağdam rayon sakini Elşən Novruzov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində ictimai sabitliyə, cinayətkarlıqla mübarizənin təmininə, insan hüquq və azadlıqlarının qorunmasına görə Bərdə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Fəridə Məmmədova müraciətinə həssaslıqla yanaşılaraq probleminin müsbət həllini tapmasına göstərdikləri köməyə görə Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir və müvəffəqiyyətlər diləyir.

Bərdə rayon sakini Aygün Əsgərova müraciətinə tez bir zamanda baxılaraq həllini tapmasında göstərdikləri köməyə görə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaşlara göstərilən diqqət və qayğının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Füzuli rayon sakinləri Sabir Yarıyev, Anar Yarıyev, Kənan Əmrahlı müraciətinlərinə operativ və obyektiv şəkildə baxılaraq həllini tapmasında göstərdikləri köməyə görə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Sabir Nəsirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməyə görə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.