Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.12.2020 - Abşeron şəhər sakini Amin Ağamirzadə xidməti və vəzifə borclarını layiqincə...
Abşeron şəhər sakini Amin Ağamirzadə xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştrakına görə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinə minnətdarlığını bildirir.
11.12.2020 - Bakı şəhər sakini Anar Musayev üzləşdiyi problem ilə əlaqədar etdiyi...
Bakı şəhər sakini Anar Musayev üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
11.12.2020 - Bərdə şəhər sakini Mahir Muradov düşmən tərəfindən rayon ərazisinə atılan...
Bərdə şəhər sakini Mahir Muradov düşmən tərəfindən rayon ərazisinə atılan raket nəticəsində yaralanan övladını xəstəxanaya çatdırılması zamanı yol hərəkəti qaydası pozaraq tərtib edilən protokolun ləğv edilməsinə görə DİN rəhbərliyinə və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
11.12.2020 - Bakı şəhər sakini Gülnar Əliyeva üzləşdiyi problem ilə əlaqədar etdiyi...
Bakı şəhər sakini Gülnar Əliyeva üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasına görə DİN rəhbərliyinə və Qaradağ Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
11.12.2020 - Bakı şəhər sakini Xəyal Məmmədov yaxın qohumunun itirdiyi çantasını qısa...
Bakı şəhər sakini Xəyal Məmmədov yaxın qohumunun itirdiyi çantasını qısa zaman kəsiyində tapılıb özünə qaytarılmasına, etdiyi müraciətə çevik reaksiya verildiyinə görə Azərbaycan Polisinə təşəkkür bildirir.
11.12.2020 - Göyçay şəhər sakini Könül Bəkirova etdiyi müraciətə operativ reaksiya...
Göyçay şəhər sakini Könül Bəkirova etdiyi müraciətə operativ reaksiya verilərək həll olunmasına görə, DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.
10.12.2020 - Mingəçevir şəhər sakini Təhməz Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Mingəçevir şəhər sakini Təhməz Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai təhlükəsizliyin qorunmasında, cinayətkarlıqla mübarizədə, qaydaların təminində Azərbaycan Polisinin gərgin xidməti fəaliyyətini təqdir edir. O, Azərbaycan Polisi ilə qürur duyduğunu qeyd edir.
10.12.2020 - Astara rayon Siyatürk kənd sakini Mariya Pavlenko müraciətinə operativ və...
Astara rayon Siyatürk kənd sakini Mariya Pavlenko müraciətinə operativ və obyektiv şəkildə baxılmasına görə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, müraciətlərə həssaslıqla yanılmasının polis-vətəndaş münasibətlərinin günü-gündən yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.
07.12.2020 - Bakı şəhərində yaşayan Türkiyə vətəndaşı Emrah Gurocak DİN rəhbərliyinə...
Bakı şəhərində yaşayan Türkiyə vətəndaşı Emrah Gurocak DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda işlətməni olduğu restoranda baş verən oğurluq faktının üstünün tez bir zamanda açılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Nəsimi RPİ 21-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.