Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Balakən rayon sakini Xacay Cirinqova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ reaksiya verilərək həll olunmasına və ona dəymiş maddi ziyanın ödənilməsinə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini Alidə Məhərrəmova üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

“Facebook” sosial şəbəkəsindəki “Bizim Şirvan” adlı səhifənin admini səhifə vasitəsilə Şirvan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən uğurlu əməliyyat tədbiri ilə əlaqədar minnətdarlığını bildirir.

Bakı şəhər sakini Cəfər İsmayılov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətin müsbət həllini tapmasına görə minnətdarlığını bildirir.

DİN-in Feysbuk səhifəsinin izləyicisi, Sabirabad rayon sakini Zəka Mehdiyev səhifə vasitəsilə etdiyi müraciətə obyektiv baxıldığı və müsbət istiqamətdə həll edildiyi üçün minnətdarlığını bildirir.

Bakı şəhər sakini Vəfa Fərəcova DİN-in “İnstagram” səhifəsinə yazdığı mesajda mobil telefonunun itirilməsi ilə bağlı müraciətinin müsbət həll edildiyi və telefonunun tapılıb təhvil verildiyi üçün DİN rəhbərliyinə və Binəqədi RPİ-nin şəxsi heyətinə minnətdarlıq edir.

“Facebook” səhifəmizin izləyicisi, Abşeron rayon sakini Samir Güləliyev səhifə vasitəsilə etdiyi müraciətə dərhal reaksiya verildiyinə və operativ qaydada baxılaraq müsbət istiqamətdə həll edildiyinə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Ziyaməddin Qasımov 6500 manat pulunun ələ keçirilməsi ilə bağlı müraciətinin müsbət həll edildiyi üçün DİN rəhbərliyinə təşəkkür edir.

DİN-in “Facebook” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Sevinc Paşayeva səhifə vasitəsilə ona dəymiş maddi ziyanla bağlı etdiyi müraciətə operativ reaksiya verildiyinə və məsələnin müsbət həll olunduğuna görə polis əməkdaşlarına təşəkkürünü bildirir.