Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.03.2021 - Sumqayıt şəhər sakini Tərlan Ağayev Daxili İşlər Nazirliyinə ünvanladığı...
Sumqayıt şəhər sakini Tərlan Ağayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, şəhər ərazisində ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, vətəndaşlarla nəzakətli davranan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar atrzulayır.
05.03.2021 - Cəlilabad şəhərində yaşayan Səid Muradov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Cəlilabad şəhərində yaşayan Səid Muradov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda rayon ərazisində sosial neqativ halların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində qətiyyətli mübarizə aparan, gecə-gündüz yorulmadan xidmət edən, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.03.2021 - Şirvan şəhər sakini Elxan Əliyev Vətən savaşının qazisi olan oğlunun daxili...
Şirvan şəhər sakini Elxan Əliyev Vətən savaşının qazisi olan oğlunun daxili işlər orqanlarında xidmətə qəbul olunması ilə bağlı göstərdikləri köməkliyə görə Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
04.03.2021 - Beyləqan rayonunun Eyvazalılar kəndində yaşayan Rabil Quliyev məktubunda...
Beyləqan rayonunun Eyvazalılar kəndində yaşayan Rabil Quliyev məktubunda Bakı-Ələt-Qazax yolunun "Nəvahi postu" adlanan ərazisində xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən BDYPİ-nin 7-ci taqımının əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
04.03.2021 - Bakı şəhər sakini Şöhrət Kərimov məktubunda üzləşdiyi dələduzluq faktı ilə...
Bakı şəhər sakini Şöhrət Kərimov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
04.03.2021 - Bakı şəhər sakini Rəşid Məmmədov qarşılaşdığı problemlə bağlı etdiyi...
Bakı şəhər sakini Rəşid Məmmədov qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə operativ reaksiya verildiyinə və məsələnin müsbət həll olunduğu üçün Suraxanı DYP əməkdaşlarına öz minnətdarlığını bildirir.
04.03.2021 - Ağcabədi rayon sakini olan şəhid atası Ədalət Məmmədov teleqramında...
Ağcabədi rayon sakini olan şəhid atası Ədalət Məmmədov teleqramında ailələrinə göstərilən diqqət və qayğıya, eyni zamanda müraciətlərinə həssas yanaşılmasına görə DİN minnətdarlığını bildirir.
04.03.2021 - Bakı şəhər sakini Hüseynxan Hüseynov etdiyi müraciətə operativ reaksiya...
Bakı şəhər sakini Hüseynxan Hüseynov etdiyi müraciətə operativ reaksiya verildiyi və karantin rejimi ilə əlaqədar insanları məlumatlandırdıqlarına və xidməti fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.03.2021 - Sumqayıt şəhər sakini Təranə Quliyeva etdiyi müraciətə polis əməkdaşları...
Sumqayıt şəhər sakini Təranə Quliyeva etdiyi müraciətə polis əməkdaşları tərəfindən operativ və həssas yanaşıldığı və dəymiş ziyanın tam ödənilməsini təmin etdirildiyinə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarığını bildirir.