Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Ülviyyə Əliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

“İnstagram” sosial şəbəkəsindəki səhifələrdən birində Azərbaycan Polisinə təşəkkür bildirilib. Səhifədə paylaşılan məlumatla əlaqədar dərhal Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılaraq qaldırılan məsələnin qısa müddətdə həll olunduğuna görə DİN rəhbərliyinə və BDYPİ-nin əməkdaşlarına minnətdarlıq ifadə olunur.

Bakı şəhər sakini, Şəhid ailəsi olan Şəmilə Məmmədova məktubunda digər oğlunun daxili işlər orqanlarında xidmətə qəbul edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, daxili işlər orqanlarında gənc əməkdaşlara, o cümlədən Şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edir.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi olan Pərvanə Zülfüqarlı (peerryy_) Bakı bulvarında üzləşdiyi xoşagəlməz hadisə zamanı göstərilən köməkliyə görə həmin ərazidə xidmət aparan Post-Patrul Xidmətinin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Bədrəddin Rüstəmov DİN rəhbərliyinə ünvanladığı məktubunda müraciətinə obyektiv baxılaraq müsbət həll edildiyinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Emin Xuduyev ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında və hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Salyan RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Saatlı rayon sakini Elşad Məmmədov DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq müsbət həll edildiyinə görə daxili işlər orqanlarının əməkdaşlarına təşəkkürünü bildirir.

Lənkəran şəhər sakini Rahim Paşayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda gənc və perspektivli əməkdaşların xidmətdə irəli çəkilməsinə görə minnətdarlığını bildirir.

DİN-in “Telegram” səhifəsinin “Veteran” adlı izləyicisi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Gəncə ŞBPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.