Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Vüsalə Cavadova qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən həssaslıqla yanaşıldığına və məsələnin qısa zaman ərzində müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Beyləqan rayon sakini Rabil Quliyev məktubunda avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına görə DİN rəhəbrliyinə, xüsusən xidməti vəzifələrini layiqincə yerinə yetirən BDYPİ-nin Yol-Patrul Xidməti Alayının 6-cı taqımının əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Xanım Abdullayeva DİN-in “İnstagram” səhifəsi vasitəsilə təşəkkür ünvanlayıb. O, səhifə vasitəsilə etdiyi müraciətinə operativ baxıldığını və qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Sevda Kazımova oğlunun DİO-da xidmətə qəbul olunmasına görə, Gəncə ŞBPi-nin rəisi, polis general-mayoru Teymur Hacıyevə təşəkkürünü bildirir.

Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini Kənan Quliyev DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ və obyektiv şəkildə araşdırılmasına və dəymiş olan ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarına minətdarlığını bildirir.

Gəncə şəhər sakini Vurğun Hüseynov oğlu Hüseyn Hüseynovun DİO-da xidmətə qəbul olunmasına görə, DİN rəhbərliyinə və Gəncə ŞBPİ rəhbərliyinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Vaqif Hüseynov təşəkkür məktubunda BDYPİ-yə bilavasitə tabe olan Yevlax RQİ və TBŞ-nin əməkdaşlarının xidməti fəaliyyətindən razılıq edir.

Mingəçevir şəhər sakini Şahin Hüseynov oğlunun DİO-da xidmətə qəbul olunmasına görə, DİN rəhbərliyinə təşəkkür edir.

Ağsu rayon sakini Oraz Kazımov müraciətinin müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.