Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Suraxanı rayon sakini Arif Xancanov göndərdiyi teleqramda etdiyi müraciətdən sonra axtarışda olan təqsirləndirilən şəxsin - Qabil Rüstəmovun tez bir zamanda saxlanıldığına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Narkomaniya ilə mübarizədə rayonun təhsil müəssisələrində mütəmadi olaraq maarifləndirmə tədbirlərinin keçirilməsinə görə 259 nömrəli orta məktəbin direktoru Fəridə Rzayeva DİN və Sabunçu Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

5 saylı hüquq məsləhətxanasının vəkili Bəxtiyar Hacıyev Mingəçevir şəhər sakini Fərhad Musayevin nümayəndəsi kimi onun pozulmuş hüquqlarını müdafiə etmək üçün DİN rəhbərliyinə etdiyi müraciətə dərhal reaksiya verildiyinə və qısa zaman kəsiyində məsələnin ədalətli həllinə görə yazdığı təşəkkür məktubunda minnətdarlığını ifadə edir.

Qusarın Kuzun kəndi ərazisindəki körpünün sel daşqınları zamanı yararsız hala düşməsi ilə bağlı aidiyyatı orqanlara müraciət edən sakinlər bu məsələyə Şahdağ Polis Bölməsi tərəfindən müsbət reaksiya verildiyini və polislərin köməkliyi ilə körpünün yenidən bərpa edildiyini xüsusi vurğulayır, ölkə və DİN rəhbərliyinə minnətdarlıq edirlər.

DİN-ə ünvanladığı məktubunda ona qarşı tərtib edilmiş 5 elektron protokolun vaxtının keçdiyi və silinməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinə etdiyi müraciətdən sonra cərimələrin sistemdən silinməsinə görə Bakı şəhər sakini Vüsal Nağıyev təşəkkürünü bildirir.

Lənkəran rayon Osaküçə kənd sakini Arzu Mirzəyev göndərdiyi məktubunda Baş Dövlət Yol Polisi İdarəsinin Lənkəran Regional Qeydiyyat və Texniki Baxış Şöbəsinin fəaliyyətindən razılığını bildirir və buna görə DİN rəhbərliyinə təşəkkür edir.

Gəncə şəhər sakini Sinifsiz Məmmədova göndərdiyi məktubunda yazır ki, qızının ümumvətəndaş pasportu naməlum şəxs tərəfindən oğurlanıb. Polisə edilən müraciətdən sonra təqsirləndirilən şəxs dövlət sərhədini həmin sənədlə keçməyə cəhd edərkən saxlanılıb. S.Məmmədova buna görə DİN rəhbərliyinə və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Ayaz Ramazanov elektron müraciətində şikayət ərizəsinə qısa müddət ərzində baxıldığı və məsələnin tez bir zamanda öz həllini tapdığı üçün polisə dərin təşəkkür edir.

Vətəndaş Aysel Orucova DİN-ə ünvanladığı məktubunda üzləşdiyi problemlərin həllində göstərdiyi köməyə görə polisə minnətdarlığını bildirir.