Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Natəvan Abbasova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda qardaşının üzləşdiyi problemlə əlaqədar etdikləri müraciətə Ucar Rayon Polis Şöbəsində operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Ucar RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini A.Z oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə müraciətinin Nərimanov RPİ tərəfindən müsbət həll olunması ilə bağlı minnətdarlıq bildirir.

Vətəndaş İntiqam Hacıyev müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Mətbuat Xidmətinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Jurnalist Zəhra Əhmədova KİV-dən daxil olan müraciətlərə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə və Mətbuat Xidmətinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Orxan Əliyev narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı həyata keçirilən operativ tədbirlərlə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Vətəndaş Ədalət Nadirov cinayətkarlıqla qətiyyətli mübarizə apardıqlarına görə polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində polis əməkdaşlarına uğurlar arzulayır.       

Vətəndaş Mahir Məmmədli 20 Yanvar - Ümumxalq Hüzn Günündə göstərdikləri fədakar əməyə görə polis əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Günel Abbasova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda şəhid və aztəminatlı ailələrə polis əməkdaşları tərəfindən yüksək diqqət və qayğı göstərildiyini qeyd edir.  O, polis əməkdaşlarının belə nümunəvi xidmətinə, maarifləndirici tədbirlərinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə rəhbərlik etdiyi kollektiv adından DİN rəhbərliyinə, Bərdə, Tərtər və Ağdam Rayon Polis şöbələrinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Sumqayıt şəhər sakini Tural Məhərrəm pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, Sumqayıt Şəhər Polis İdarəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və ŞPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.