Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elşən Hüseynov məktubunda müraciəti ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edir, müraciətinə diqqətlə yanaşıldığına və operatvliyə görə DİN rəhbərliyinə və Lənkəran ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Vasif Cəfərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Şəki şəhər sakini Maral Xəlilova təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qax şəhər sakini Zəfər Abdullayev yaşadığı evdən qızıl-zinət əşyalarını oğurlayan şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsinə görə Qax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

İsmayıllı rayon sakini Elman Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şəhid ailələrinə göstərdiklərini diqqət və qayğıya görə BDYPİ-nin Ağsu regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətən Müharibəsi iştirakçısı Azər Sultanov Şəki ŞRPŞ-nin DYPB-nin şəhid ailələrinin uşaqlarına  yol hərəkəti qaydalarını  öyrədərək  onlara həvəsləndirici  mükafatlar təqdim etməsi  ilə bağlı DİN rəhbərliyinə minnətdarlıq bildirir.

İsmayıllı rayon sakini Tamam Qarayeva xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə “Facebook” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, vətəndaş məmnunluğunun təmin edilməsi, polis-vətəndaş münasibətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə, eyni zamanda vətəndaş müraciətlərinə operativ reaksiya verilərək müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Jurnalist Xatun Etibarqızı “Facebook” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, Göygöl rayonunda şəhid və itkin düşən igidlərin abidəsinin əbədiləşdirilməsi üçün təşkil edilən tədbir zamanı Sarısu Polis Bölməsi əməkdaşlarının orada iştirak edən Şəhid ailələrinə yüksək diqqət və qayğı göstərdiyini qeyd edir. 
Jurnalist şəhid analarının adından xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, humanist və qayğıkeşliklərinə görə Sarısu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.