Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Zərdab rayon sakini Coşqun Abdullayev vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına və cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fuad Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda respublikamızda ictimai asayişi etibarlı qoruyan, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, xidməti vəzifələrini layiqincə yerinə yetirən bütün polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Elşad Sadıqov DİN-in Zabrat qəsəbəsində yerləşən müayinə mərkəzində avtomobilini texniki baxışdan keçirərkən üzləşdiyi maliyyə problemi ilə əlaqədar ona göstərilən köməkliyə görə Azərbaycan Polisinə və şəxsi heyətinə minnətdarlığını bildirir. 

aynur___hesenli adlı sosial şəbəkə istifadəçisi üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Suraxanı RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir. 

nura_agayeva85 adlı sosial şəbəkə istifadəçisi üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ 17-ci Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.

Şəmkir rayon sakini Arzuman Əliyev etdiyi müraciətin müsbət həllini tapmasına görə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Kəmalə Qurbanova qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən həssas yanaşıldığına, göstərilən diqqətə və operativliyə görə Gəncə ŞBPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir. 

Vətəndaş Ayxan Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, cinayətkarlıqla qətiyyətli mübarizə aparan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Bakı şəhər sakini Əfsanə Əsədova narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı DİN-in “İnstagram” səhifəsi vasitəsi ilə etdiyi müraciətinə operativ reaksiya verildiyini, Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.