Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Kürdəmir rayon sakini Ruslan Muxtarov yazır ki, Baş Dövlət Yol Polisi İdarəsinə etdiyi müraciətə qısa zaman kəsiyində baxıldı, yaranmış problem həllini tapdı. Buna görə də o, DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Yaqub Sultanov ailəsinə qarşı edilmiş quldurluq cinayətinin qısa zaman kəsiyində açılmasında, cinayətkarların yaxalanmasında göstədikləri operativliyə görə Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Füzuli rayon Zabucuq kənd sakini Elçin Əsədov yazdığı təşəkkür məktubunda RPŞ-nin fəaliyyətindən, əməkdaşlarının ayıq-sayıqlığından razılığını ifadə edir, Azərbaycan Polisinin daxili təhlükəsizliyin və ictimai asayişin təmin olunmasında göstərdiyi xidmətlərdən qürur hissi keçirdiyini bildirir.

Saatlı rayon sakini Sərdar Nəzərov DİN-ə ünvanladığı məktubunda Saatlı RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşı, polis kapitanı Zaur Bəhlulzadənin vətəndaşlarla nümunəvi rəftarından məmnun qaldığını qeyd edir.

Bakı şəhər sakini Sənan İsmayılov müraciətinə vaxtında baxıldığına, həmçinin insanların rahatlığı üçün DİN tərəfindən görülən tədbirlərə görə minnatdarlıq edir.

Rusiya Federasiyasının vətəndaşı Natalya Kuznetsova DİN-in “Xəzri İstirahət və Sağlamlıq Mərkəzi”ndə yaradılan şəraitdən və göstərilən xidmətdən məmnun qaldığını, Azərbaycanda turzimin günü-gündən inkişaf etdiyini qeyd edir.

Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakini İlhamə Qasımova pulunun geri qaytarılmasında göstərdikləri köməyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bir qrup Astara sakini DİN-ə ünvanladıqları təşəkkür məktubunda RPŞ-nin DYP Bölməsi əməkdaşlarının xidmətindən məmnun qaldıqlarını, onların fəaliyyəti nəticəsində yollarda hərəkətin yüksək səviyyədə nizamlandığını, avtoxuliqanlara qarşı sərt mübarizə tədbirləri görüldüyünü diqqətə çatdırır və buna görə DİN rəhbərliyinə təşəkkür edirlər.

Gəncə şəhər sakini Hakim Məmmədov ona məxsus avtomobilin naməlum şəxs tərəfindən qaçılması ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə etdiyi müracətə vaxrtında baxıldığına, əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlinin tutulmasına və əmlakının qaytarılmasına görə həmkarlarımıza təşəkkürünü bildirir.