Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.06.2018 - Neftçala rayonunun Qaraqaşlı kənd sakini Sürayə Əliyeva DİN-ə ünvanladığı...
Neftçala rayonunun Qaraqaşlı kənd sakini Sürayə Əliyeva DİN-ə ünvanladığı məktubunda borclunun tapılmasında və borcun qaytarılmasında göstərdiyi köməyə görə Salyan RPŞ-nin polis sahə rəisi, polis mayoru Zahid İsmayılovun xidməti fəaliyyətindən razılıq edərək təşəkkürünü bildirir.
02.06.2018 - Astara rayon sakini Ağahüseyn Yaqubov DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Astara rayon sakini Ağahüseyn Yaqubov DİN-ə ünvanladığı təşəkkür məktubunda RPŞ-nin sahə rəisi, polis kapitanı Ceyhun Minayevin vətəndaşlarla xoş ünsiyyətindən, səmimiyyətindən razılığını ifadə edir.
02.06.2018 - Bakıda ailəsi ilə birgə müvəqqəti məskunlaşan Qırğızıstan vətəndaşı Farajiev...
Bakıda ailəsi ilə birgə müvəqqəti məskunlaşan Qırğızıstan vətəndaşı Farajiev Nabi azyaşlı övladına qarşı soyğunçuluq etmiş şəxsin qısa zaman kəsiyində tapılmasına görə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
02.06.2018 - “Ekspresbank”ın hüquq deportamentinin direktoru Emil Xəlilov vəzifə...
“Ekspresbank”ın hüquq deportamentinin direktoru Emil Xəlilov vəzifə borclarının öhdəsindən layiqincə gələn 22-ci Polis Şöbəsinin əməkdaşlarından razılığını ifadə edir.
02.06.2018 - Elxan Ələkbərov DİN Tibb İdarəsinin general-leytenant Arif Heydərov adına...
Elxan Ələkbərov DİN Tibb İdarəsinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalında yaradılmış yüksək şəraitdən, həkimlərin fədakarlığından məmnun qaldığını vurğulayır, ona və digər pasiyentlərə göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə təşəkkürünü bildirir.
02.06.2018 - Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən Məktəb-Lisey...
Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksinin müəllim və valideyn kollektivi Nəsimi Rayon Polis İdarəsi tərəfindən narkomaniya ilə mübarizədə bu gün öz effektini verən maarfləndirmə tədbirlərinin mütəmadi olaraq keçirilməsini alqışlayır, bu çətin və məsuliyyətli işdə həmkarlarımıza uğurlar arzulayırlar.
02.06.2018 - Bakı şəhər sakini Pərviz Fərhadov qardaşı Bəhruz Fərhadovun yenidən daxili...
Bakı şəhər sakini Pərviz Fərhadov qardaşı Bəhruz Fərhadovun yenidən daxili işlər orqanlarına bərpa olunmasında göstərdiyi humanistliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
02.06.2018 - Balaxanı qəsəbəsinin bir qrup sakini narkotiklərin qanunsuz dövriyyəsi ilə...
Balaxanı qəsəbəsinin bir qrup sakini narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq qanuna təslim edilməsinə, rayonun məktəblərində mütəmadi olaraq maarifləndirmə tədbirlərinin keçirilməsinə görə RPİ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlıq edirlər.
01.06.2018 - İsmayıllı rayonunun Quşencə kənd sakini Ramiz Ağayev minnətdarlıq məktubunda...
İsmayıllı rayonunun Quşencə kənd sakini Ramiz Ağayev minnətdarlıq məktubunda Ağsu rayonunda rayonlararası qeydiyyat-imtahan şöbəsində imtahan prosesinin şəffaf keçirilməsinə görə DİN rəhbərliyinə və şöbənin əməkdaşlarına təşəkkürünü bildirir.