Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yasamal və Nərimanov rayonlarında oğurluq edən 2 şəxs saxlanılıb
26.06.2025
Yasamal rayonunda yerləşən restoranların birindən 5580 manat dəyərində kompüter, 2 ədəd monitor və məişət əşyaları oğurlanıb.Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı E.Mikayılov müəyyən olunaraq saxlanılıb.Nərimanov rayonunda isə paytaxt sakininə məxsus 1000 manat dəyərində skuteri oğurlamaqda şübhəli bilinən 22 yaşlı F.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 21 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 26-da ümumi çəkisi 21 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 16 kiloqramdan çox marixuana, 3,6 kiloqrama yaxın metamfetamin, 1 kiloqramdan artıq heroin, 500 qramdan artıq tiryək, həmçinin 3138 ədəd psixotrop tərkibli həb olub. Yabanı halda bitmiş 1,6 tona yaxın çəkidə 3118 ədəd çətənə kolu isə polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.İyunun 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 tapança, 1 qumbara, 1 tüfəng, 4 patron darağı və 14 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bakıya oğurluqlar etmək üçün gələn Gürcüstan vətəndaşları ifşa edildi- Polis onları saxlamasaydı…
Paytaxtın Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək mənzilindən 1300 manat nağd pul və 30 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib. Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları - 46 yaşlı Aleksandria Kakhaber, 48 yaşlı Rusia Slava, 40 yaşlı Sanikidze Davıtı və 58 yaşlı Sabirabad rayon sakini Fikrət Səlimov saxlanılıblar.Araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər ard-arda bir neçə gün həmin ünvana gələrək orada yerləşən evləri müşahidə ediblər. Məhz həmin mənzildə heç kəsin olmadığını dəqiqləşdirəndən sonra içəri daxil olublar. Evi taladıqdan sonra isə qəsdən eyvanın qapısını qıraraq “izi” itirməyə, guya məhz bu yolla içəri daxil olduqları görüntüsünü yaratmağa çalışıblar. Dəstə üzvləri saxlanılmayacaqları təqdirdə oğurluq əməllərini davam etdirməyi öz aralarında planlaşdırıblar.Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
25.06.2025
İyunun 25-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 25-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 19,6 kiloqramdan artıq narkotik vasitə və 229 ədəd çətənə kolu götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 25-də ümumi çəkisi 19,6 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 229 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 5,7 tondan artıq çəkidə 19200 ədəd çətənə və xaşxaş kolları aşkar olunaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.