Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 66 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
28.10.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 28-də ümumi çəkisi 66 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
27.10.2025
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 11,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 27-də ümumi çəkisi 11,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 qumbara, 2 alışdırıcı, 8 tüfəng, 1 patron darağı və 67 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
26.10.2025
Binəqədi rayonunda quldurluq edən şəxslər saxlanılıblar
Oktyabrın 25-də axşam saatlarında Binəqədi rayonunda naməlum şəxslər 26 yaşlı paytaxt sakinini kəsici alətlə hədələyərək onun 1480 manatını ələ keçiriblər.Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən 4 nəfər- Ə.Məlikov, M.Mustafayev, A.Məmmədov və A.Məmmədov müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Paytaxtda motosiklet və moped oğruları saxlanılıblar
Paytaxtın Binəqədi rayon sakini polisə müraciət edərək naməlum şəraitdə dəyəri 1500 manat olan “Tufan M-50” markalı motosikletinin oğurlandığını bildirib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Şərifov müəyyən olunaraq saxlanılıb. Nizami rayonunda isə paytaxt sakininə məxsus mopedi talamaqda şübhəli bilinən daha üç nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Oktyabrın 26-da Xətai rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək evindən 15500 manatının talandığını bildirib. Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı B.Babayev müəyyən olunaraq saxlanılıb. Nəsimi rayonunda isə bir nəfərə məxsus “Hyundai” markalı avtomobilin ehtiyat hissəsini oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı A.Tağıyev saxlanılıb.Araşdırma aparılır.