Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
01.11.2025
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
31.10.2025
Sumqayıt və Binəqədidə oğurluq edənlər saxlanılıblar
Sumqayıt şəhərində talama cinayəti qeydə alınıb. Zərərçəkənlər polisə müraciət edərək ümumilikdə 5650 manatlıq inşaat materillarının oğurlandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunan 40 yaşlı M.Hüseynov müəyyən edilərək saxlanılıb. Binəqədi rayonunda isə bir nəfərin 3900 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən 42 yaşlı R.Kərimov və əvvəllər məhkum olunmuş G.Kazımova da polis əməkdaşları tərəfindən saxlanılıblar.Araşdırmalar davam etdirilir.
Nəqliyyat vasitəsini qaçıran şəxs saxlanılıb
Oktyabrın 28-də Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil qaçırılıb. Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs avtomobili idarə edərkən saxlanılıb. Nəqliyyat vasitəsi sahibinə qaytarılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 31-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 31-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 5,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 31-də ümumi çəkisi 5,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 2 pulemyot, 2 tapança, 8 qumbara, 4009 trotil, 1 alışdırıcı, 13 tüfəng, 80 patron darağı, 9035 ədəd müxtəlif çaplı patron və 3 süngü bıçaq aşkar edərək götürüblər.
Əvvəllər insan alveri cinayətlərinə görə məhkum olunmuş şəxsi polis bu dəfə 27 kq narkotik vasitə ilə saxladı
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Astara rayonunda qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Tədbir zamanı 36 yaşlı əvvəllər insan alveri cinayətlərində təqsirli bilinərək məhkum olunmuş Fəxrəddin Xurşidov saxlanılıb. Ondan 27 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Kiberpolis onlayn yolla zərərli kompüter proqramları satan xakeri ifşa etdi
Virtual məkanda mövcud olan təhdidlərin qarşısının alınması, informasiya texnologiyaları mühitində vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə təmini məqsədi ilə kiberpolis tərəfindən qabaqlayıcı tədbirlər davam etdirilir.Belə ki, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər zamanı DNV-RAT.İNFO domeni adı altında fəaliyyət göstərən saytda naməlum şəxsin kompüter sistemlərinə zərərli kibermüdaxilə proqramlarının satışının həyata keçirildiyi müəyyən edilib.Tədbirlərin davamı olaraq saytın Sumqayıt şəhər sakini Fərid Cəfərli tərəfindən yaradılaraq idarə edildiyi müəyyən olunub və o, saxlanılaraq Baş İdarəyə gətirilib. Araşdırma zamanı F.Cəfərlinin qeyd edilən saytda kompüter avadanlıqları ilə yanaşı, mobil telefon zənglərinin şaxtalaşdırılması, istənilən nömrədən hədəf nömrəyə zənglərin edilməsi, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş təhlükəsizlik şifrəsinin (OTP) qarşı tərəfə göndərilməsi funksiyalarına malik və kibercinayətlərin törədilməsində istifadə olunan digər zərərli proqramların satışını da həyata keçirdiyi müəyyən edilib. Qeyd edək ki, saxlanılan şəxs həmin proqramların satışını kriptovalyuta qarşılığında həyata keçirib. O, proqramları almaq istəyən şəxslərdən bunun müqabilində müxtəlif məbləğlərdə USDT kriptovalyutasını istifadəsində olan virtual hesaba köçürülməsini tələb edib.Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin - kompüter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən cinayətlərin törədilməsi məqsədi ilə satışı, yayılması və ya onların əldə edilməsinə şərait yaradılması maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.