Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan şəxslər saxlanılaraq istintaqa təhvil verilib
17.10.2025
Polis əməkdaşlarının oktyabrın 17-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Oktyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 qumbara, 8 alışdırıcı, 7 tüfəng və 510 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Abşeron rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
Abşeron rayon sakini polisə müraciət edərək ona məxsus marketə müştəri qismində gələn şəxsin oradan tütün və spirtli içki məmulatları talayaraq hadisə yerini tərk etdiyini bildirib. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaqda şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 36 yaşlı C.Beydullayev saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunda avtomobil qaçıran şəxs saxlanılıb
Paytaxtın Suraxanı rayon sakini olan bir nəfər polisə müraciət edərək ona məxsus “MG” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən V.Cəbiyev müəyyən olunaraq saxlanılıb. Avtomobil sahibinə təhvil verilib.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
16.10.2025
Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb
Sumqayıt şəhərində evlərin birindən oğurluq edilib. Şəhərin H.Z.Tağıyev qəsəbə sakini polisə müraciət edərək yaşadığı evdən 300 manat və 2000 manat dəyərində qızıl-zinət əşyasının oğurlanmasını bildirib. Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən R.Abbasova və A.İbrahimova saxlanılıblar.Faktla bağlı araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 5 tüfəng, 1 patron darağı və 35 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bakı və Abşeron rayonunda narkotiklərin satışını təşkil edən şəxs 47 kq marixuana ilə saxlanıldı
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Bakı şəhəri və Abşeronda rayonunda satışının qarşısı alınıb.Abşeron rayonunda baş tutan tədbir zamanı 39 yaşlı əvvəllər də narkotiklə bağlı cinayət törətdiyi üçün azadlığı məhdudlaşdırılan Nurlan Allahverdiyev saxlanılıb. Ondan 47 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Araşdırma zamanı N.Allahverdiyevin ölkə ərazisində narkotiklərin satış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.