Göyçay rayon sakini Elşad Bəyəliyev və Şamaxı rayon sakini Ümüd Əmirovdan saxta pul əskinasları götürülmüşdür
17.01.2009 DİN Baş Mühafizə İdarəsi və Nəsimi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Göyçay rayon sakini Elşad Bəyəliyev və Şamaxı rayon sakini Ümüd Əmirovdan 29 ədəd 1 manatlıq, 31 ədəd 5 manatlıq saxta əskinaslar götürülmüşdür. E.Bəyəliyevin və Ü.Əmirovun kirayədə yaşadıqları Ü.Ələkbərov küçəsi ev 35-ə baxış zamanı orada 1 ədəd surətçıxarma aparatı aşkar edilərək götürümüşdür. Araşdırmalar aparılır.