DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
17.01.2009Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizbəyov RPİ 1-ci PB əməkdaşları Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İqdam Bayramovdan 1,322 qram heroin, Qaradağ RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan İsmayılovdan 10,068 qram heroin və 0,51 qram həşiş, Mingəçevir ŞPŞ əməkdaşları şəhər sakini, Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müuəssisəsində cəza çəkən İlqar Musayevdən 0, 25 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları Liman şəhər sakini Amin Əsgərovdan 0,15 qram heroin, onun evinə baxış zamanı əlavə 249,67 qram həşiş, Sabirabad RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Əsgərovdan 9,7 qram həşiş götürmüşlər.
Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Tərlan Cəbrayılov 0,255 qram heroini satarkən tutulmuş, ondan əlavə 0,436 qram heroin götürülmüşdür.