Nizami rayonunda 24 saylı seçki dairəsinin 20 saylı məntəqəsində qaz sızmasından partlayış baş vermişdir
08.01.2009 Saat 11.30 radələrində Nizami rayonundakı N.Abdullayev küçəsindəki 24 saylı seçki dairəsinin 20 saylı məntəqəsində qaz sızmasından partlayış baş vermişdir. Nəticədə məntəqənin dam örtüyü dağılmış, yanıq xəsarəti almış məntəqənin sədri, Bakı şəhər sakini Aydın Vəliyev isə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdir. Araşdırmalar aparılır.