İstehlak müddəti başa çatmış ərzaq məhsullarının satışının qarşısı alınmışdır
08.01.2009 DİN Baş Mütəşəkkil Cinayətkarlıqlda Mübarizə İdarəsi əməkdaşlarının keçirdkləri əməliyyat tədbirləri nətcəsində Bakı şəhər sakini Camal Abdullayev müddəti bitmiş 1498 ədəd Gürcüstanda istehsal olunmuş limonadı və Rusiya Federasiyasında istehsal olunmuş 84 ədəd biskviti satarkən saxlanılmışdır. Binəqədi rayonu ərazisində C.Abdullayevə məxsus "Zolotoy" MMC-nin anbarına baxış zamanı 8858 ədəd müxtəlif çeşidli ərzaq məhsulları aşkar edlmişdir.