Samux rayonunun Lüksemburq kənd sakini Rasim Qasımova məxsus mal-qarasını oğurlamış Alim Rəhimov tutulmuşdur
14.09.2008Sentyabrın 8-də Samux rayonunun Lüksemburq kənd sakini Rasim Qasımov polisə ərizə ilə müraciət edərək, cari ilin avqust ayının 28-də ona məxsus 2 baş inəyin kəndin ərazisindəki otlaq sahəsindən itməsi barədə məlumat vermişdir. Samux RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Qasımova məxsus inəklərin Gəncə şəhər sakini Alim Rəhimov tərəfindən oğurlanması müəyyən edilmişdir. A.Rəhimov tutulmuşdur.