Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülümşdür

14.09.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Sabir Səmədovdan 50,32 qram marixuana və 0,82 qram tiryək,  Əzizbəyov RPİ əməkdaşları Toğrul Dadaşovdan 0,355 qram heroin, Bərdə RPŞ əməkdaşları Aydın Haqverdiyevdən 0,089 qram  heroin  götürülmüşlər. 
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Muxtarov, Şəki şəhər sakini əvvəllər məhkum olunmuş Tofiq Kərimova 0,241 qram heroini satarkən tutulmuşdur. 
Sentyabrın 14-də Emin Nəcəfovun və Əfqan Abbasovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların narkotik vasitəni Ələt qəsəbə sakini Seymur Mehdiyevdən almaları müəyyən edilmişdir.  Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində  S.Mehdiyev tutulmuş ondan 2,15 qram həşiş götürülmüşdür.           

         Şəki ŞRPŞ  həyata keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində şəhər sakini Rüstəm Cabbarov 10,1 qram marixuananı satarkən tutulmuşdur.