Naxçıvan şəhər sakini Nəcməddin Məmmədov tapdığı silah-sursatı təhvil vermişdir
08.09.2008Naxçıvan şəhərində, şəhər sakini Nəcməddin Məmmədov "Köhnə Qala" adlanan ərazidə tapdığı 2 ədəd "AKMS" silahı, 2 ədəd ov tüfənglərini, 1 ədəd qaz tapançasını, 7 ədəd qumbaranı, 236 ədəd müxtəlif çaplı patronu və 13 ədəd güllə darağını, 1 ədəd tüstüverici şaşkanı və 7 ədəd qumbara alışdırıcısını könüllü olaraq polisə təhvil vermişdir.