Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş və yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

08.09.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Binəqədi RPİ-nin əməkdaşları Elnur Məmmədovdan 0,238 qram heroin,  Nərimanov RPİ 18-ci PB əməkdaşları Səbuhi Hüseynovdan 0,296 qram heroin, Nizami RPİ-nin və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları  Məzahir Əhmədovdan 0,694 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları Müzəffər Hümbətovdan 0,527 qram heroin və 0,249 qram tiryək, Bərdə RPŞ əməkdaşları əvvəllər məhkum olunmuş Mirxaliq Novruzovdan 1,5 qram heroin,  Şirvan ŞPŞ əməkdaşları əvvəllər məhkum olunmuş Mansur Nağıyevdən 0,232 qram heroin götürmüşlər. 
Gədəbəy RPŞ əməkdaşları tərəfindən rayon ərazisində 0,04 hektar sahədən yabanı halda bitmiş, çəkisi 609 kiloqram olan 1350 çətənə kolları yığılaraq məhv edilmişdir.