Səbail rayonunun Q.Abbasov küçəsində yol-nəqliyyat hadisəsi
03.09.2008Saat 11.00 radələrində Səbail rayonunun Q.Abbasov küçəsində, Cəbrayıl rayon sakini Nicat Fərəcov "VAZ-2106" markalı avtomaşını idarə edərkən, şəhər sakinləri Ağalar Şahbazovu və Sona Axundovanı vurmuşdur. Nəticədə xəsarət almış A.Şahbazov və S.Axundova xəstəxanaya yerləşdirilmişlər. A.Şahbazov orada ölmüşdür. RPİ tərəfindən araşdırmalar aparılır.