DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

03.09.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş Narkotiklərlə Mübarizə İdarəsi Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş Əbülfət Məmmədovdan 50,34 qram marixuana, Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları Qəhrəman Həmidovdan 0,229, Teyyub İbayevdən 101,297 qram heroin, Nizami RPİ-nin və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları Vüqar Hüseynovdan 0,722 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları 0,069 qram heroin, Xızı RPŞ əməkdaşları əvvəllər məhkum olunmuş Heydər Hüseynovdan 0,261 qram heroin götürmüşlər.

Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əli Mənsimovdan 5,3 qram marixuana götürülmüşdür. Ə.Mənsimovun narkotik vasitəni Şıxlar kənd sakini Rafiq Rzayevdən alması müəyyən edilmişdir. R.Rzayev tutulmuşdur.