DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Hüquq mühafizə orqanları vətəndaşlardan narkotik maddələr götürmüşlər

28.09.2005

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhərində yaşayan Telman Abdullayevdən 0,227 qram heroin götürülmüşdür. Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhər sakini Raqif Hüseynovdan 0,033 qram heroin götürülmüşdür. Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Dəliməmmədli qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Məcidovdan 19,7 qram marixuana götürülmüşdür.