DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı-Quba yolunun Qusar rayonu "Çoban" adlanan ərazisində yol-qəza hadisəsi

28.09.2005

Saat 21.45 radələrində Bakı-Quba yolunun Qusar rayonu "Çoban" adlanan ərazisində, Xaçmaz rayon sakini Arif Dadaşovun idarə etdiyi "VAZ-2107" markalı və Qusar rayon sakini Ramin Vəlmətovun idarə etdiyi "VAZ-2109" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə hər iki sürücü və "VAZ-2107" markalı avtomaşının sərnişini, Xaçmaz rayon sakini Elman Vəzirov hadisə yerində ölmüş, xəsarət almış sərnişinlər Qusar rayon sakinləri Eyvaz Şaxkərimov, Elxan Talıbov və şəxsiyyəti müəyyən edilməmiş kişi xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.