Imişli rayon Çaxırlı kənd sakini Balayar Dadaşovun evinə baxış zamanı 5 kiloqram 6,15 qram həşiş aşkar edilərək götürülmüşdür
19.04.2008İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Çaxırlı kənd sakini Balayar Dadaşovun evinə baxış zamanı 5 kiloqram 6,15 qram həşiş aşkar edilərək götürülmüşdür. B.Dadaşovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni həmyerlisi Ümid Kərimov və Nazir Mirzəyevlə birgə əldə etmələri müəyyən edilmiş, onlar tutulmuşlar.