DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
19.04.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Böyükağa Baxşıyevdən 24,53 qram tiryək, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Kəpəz RPŞ əməkdaşları Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Şirinovdan 0,768 qram heroin, Sabunçu RPİ 14-cü PB əməkdaşları Maştağa qəsəbə sakini Tahir İsmayılovdan 0,167 qram heroin, Yasamal RPİ 26-cı PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azad Hasıyevdən 0,261 qram heroin, Yardımlı RPŞ əməkdaşları Zevin kənd sakini İlqar Zeynalovdan 1 qram heroin, Dəvəçi RPŞ əməkdaşları rayon sakini İlham Ağamalıyevdən 0,30 qram heroin, Nizami (Gəncə) RPŞ əməkdaşları Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Bağırovdan 7,16 qram marixuana götürmüşlər. Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qədimkənd kənd sakini Kamran Cəfərovdan 2,8 qram tiryək götürülmüşdür. K.Cəfərovun evinə baxış zamanı əlavə 0,5 qram tiryək, 2 ədəd ov tüfəngi, 2 ədəd patron, 48 ədəd giliz və 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülmüşdür. K.Cəfərova narkotik vasitəni satmış Aşağı Qaramanlı kənd sakini, əvvəllər məhkum olunmuş Nazim Quliyev tutulmuş, ondan 3,7 qram tiryək və 0,617 qram həşiş götürülmüşdür.