DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Aeroport yolunda yol-nəqliyyat hadisəsi

12.04.2008

Aprelin 13-də saat 07.30 radələrində Aeroport yolunda, Bakı şəhər sakini Natiq Babayev "Azsamand" markalı avtomaşını idarə edərkən onu ağaca vurmuşdur. Nəticədə N.Babayev hadisə yerində ölmüş, xəsarət almış sərnişini - 19-20 yaşlı qadın isə xəstəxanaya yerləşdirilmişdir. Suraxanı RPİ tərəfindən ilkin yoxlama aparılır.