DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

12.04.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş İlqar Atayevdən 253,47 qram və Samir Quliyevdən 1,51 qram marixuana, Əzizbəyov RPİ əməkdaşları Binə qəsəbə sakini Nemət Hacıyevdən 0,690 qram heroin, 1-ci PB əməkdaşları Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Emin Rzayevdən 1,825 qram heroin, 1 ədəd elektron tərəzi, 2 ədəd bıçaq və 1 ədəd xəncər, Binəqədi RPİ əməkdaşları Bakı şəhər sakini Abbas Kərimovdan 0,249 qram heroin, Xətai RPİ 37-ci PB əməkdaşları Bakı şəhər sakini Vüsal Təhməzovdan 0,206 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları Köhnə Corat qəsəbə sakinləri Yusif Mürvətovdan 21,73 qram heroin, İbrahim Abdullayevdən 1,943 qram heroin, Xocabəy Balabəyovdan 47,45 qram heroin və 46,89 qram həşiş, Kəpəz RPŞ əməkdaşları Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Mahmudovdan 20,48 qram marixuana götürmüşlər. Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağabala Xalıqov 4,27 qram həşişi və 0,920 qram tiryəki satarkən tutulmuşdur. A.Xalıqovdan əlavə 2,06 qram həşiş götürülmüşdür. Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Gündüz Həsənovdan 0,282 qram heroin götürülmüş, narkotik vasitəni ona satmış Bakı şəhər sakini İlqar İsmayılov tutulmuş, ondan 0,467 qram heroin götürülmüşdür.