Saatlı rayon sakinləri E.Həsənov və N.Abıyevdən marixuana aşkar edilərək götürülmüşdür
25.10.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Saatlı rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuşlar - Şirinbəyli kənd sakini E.Həsənov və Qara Nuru kənd sakini N.Abıyev saxlanılmışlar. Şəxsi axtarış zamanı E.Həsənovdan 195 qram, yaşadığı evə baxış zamanı isə 3 kiloqram 140 qram, N.Abıyevdən isə 7 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.