Xətai rayonu ərazisindəki ofislərin birindən noutbuk, modem və 2 ədəd fotoaparat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini M.Nəbiyev saxlanılmışdır
25.10.2021Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-na keçən rayon ərazisindəki ofislərin birindən 3280 manat dəyərində noutbuk, modem və 2 ədəd fotoaparat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Nəbiyev müəyyən edilərək saxlanılmışdır.
Ətrafında aparılan tədbirlərlə onun oktyabr ayı ərzində müxtəlif vaxtlarda paytaxtın Nizami və Suraxanı rayonları ərazisində daha 1 kafedən planşet, 1 mağazadan 1800 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyaları, digər mağazadan pul və planşet oğurlaması da müəyyən edilmişdir.