DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 36 cinayət faktı qeydə alınmışdır

11.04.2008

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 36 cinayət faktı qeydə alınmışdır ki, onların da 25-i «isti izlər»lə, həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır. - 1 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.