DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

11.04.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizbəyov RPİ 2-ci PB əməkdaşları Bülbülə qəsəbə sakini Adil Zeynalovdan 1,108 qram heroin, Nəsimi RPİ 20-ci PB əməkdaşları Sumqayıt şəhər sakini Yunis Məhərrəmovdan 0,273 qram heroin, Bakı şəhər sakini Rüstəm Sadıqovdan 0,288 qram heroin, Astara RPŞ əməkdaşları Pensər kənd sakini İlham Şəkərovdan 0,929 qram heroin, Ağstafa RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Firdovsi Məmmədovdan 4,17 qram tiryək, Hacıqabul RPŞ əməkdaşları rayon sakini Nəbi Məmmədovdan 1,621 qram heroin götürmüşlər. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Fərəcov 5,47 qram marixuananı satarkən tutulmuşdur. Narkotik vasitəni ona satmış Pensər kənd sakini Təvəkkül Şükürov tutulmuşdur. T.Şükürovun evinə baxış zamanı 21,96 qram marixuana, 0,1 qram kənaf toxumu və 1 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar edilərək götürülmüşdür.