Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
11.10.2021 Oktyabrın 11-də saat 18 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Kamal Cəfərovu vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.