Ağcabədi rayon sakini S.Cəfərov özünə məxsus motosikleti yandırmışdır
11.10.2021Oktyabrın 11-də saat 13 radələrində Bərdə şəhərindəki Tibbi Sosial və Ekspert Komissiyasının inzibati binasının qarşısında Ağcabədi rayon sakini S.Cəfərov özünə məxsus motosikleti yandırmışdır. O, özünü də yandırmağa cəhd göstərmiş, lakin ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində bu cəhdin qarşısı alınmışdır.