Qəsdən adam öldürməkdə şübhəli bilinən Qəbələ rayonunun Bum qəsəbə sakini K.Mustafayev saxlanılaraq istintaqa təhvil verilmişdir
11.10.2021Qəbələ Rayon Polis Şöbəsinə oktyabrın 9-da Tikanlı kəndi ərazisində kənd sakini, 34 yaşlı Sənur Ağahüseynovun üzərində bıçaq xəsarətləri olan meyitinin tapılması barədə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Baş Cinayət Axtarışı İdarəsi və Qəbələ RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Bum qəsəbə sakini K.Mustafayev saxlanılaraq istintaqa təhvil verilmişdir.