Nərimanov rayonunun Z.Bünyadov prospektində “KİA” markalı avtomobillə yolu keçən Ucar rayon sakini İ.Həsənov vurulmuşdur
26.09.2021Sentyabrın 26-da saat 18 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Ucar rayon sakini İlqar Həsənovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.